Yoldaşımdan gizli pul yığmağım günahdırmı?
Sual:
Salam yoldasimdam gizlin erimin pulu ile atamgile komeklik edirem gunahdir yoldasimdan gizlin bir miqdar pul yigmisam gunahdir
Cavab:
Və aleykum Salam. Bəzi hallar istisna olmaqla, qadının ərindən gizli onun pulunu xərcləməsi ailədə səmimiliyin və etibarın itməsinə gətirə bilər.
- Əgər əri israfçıdırsa, qadın onun xəbəri olmadan bir miqdar əlavə pul yığa bilər. Ancaq ailə başçısı kimi ərinə də bunu deməsi daha yaxşıdır.
- Əri evdə olmadığı halda qadın evin büdcəsindən hər hansı zəruri ehtiyac üçün pul xərcləyə bilər, çünki o zəruri ehtiyacı ödəmək əslində kişinin borcudur. Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, (bir dəfə) Muaviyənin anası Hind Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Əbu Sufyən (Hindin əridir) xəsis adamdır. Əgər mən onun malından gizlincə götürsəm, mənə günah sayılarmı?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Adətən, sənə bəs edəcək qədər özün də götür, oğlanların da (götürsünlər)!" (əl-Buxari, 2211).
- Əri qadına evdəki büdcədən və ya cibindən pul xərcləmək üçün icazə veribsə, onda qadının icazə almasına ehtiyac yoxdur.
- Qadın ərinin izni olmadan öz şəxsi qazancını yığa və sədəqə verə bilər, lakin ərinin bunu bilməsi ailədə səmimiliyin qorunmasına səbəbdir.
- Qadın dəqiq bilirsə ki, əri onun verdiyi sədəqəyə əri etiraz etməyəcək, ərinə demədən verə bilər, lakin desə daha yaxşıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Qadın (ailə üzvlərinə) ziyan vurmadan evində olan yeməkdən sədəqə versə, verdiyinin savabını qazanar; əri də qazandığının savabını alar; həmçinin xidmətçiyə də bir o qədər savab çatar; birinin savabı digərinin savabından heç bir şey azaltmaz". (əl-Buxari, 1425).
- Əgər kişinin borcu varsa, bu borcu ödəmək üçün qadın ərindən xəbərsiz pul yığaraq axırda ona verə bilər. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!" (əl-Məidə, 2).
- Qadın kişinin cibindən icazəsiz götürdüyü pulu zərurət olmayan şeylərə xəcləyirsə və üstəlik, əri bundan narazıdırsa, bu halda qadın günah qazanır.
Həmçinin oxuyun: Ərimdən onun pulu ilə qonşuya verdiyim sədəqəni gizlətməyim günahdır?