Telefonda mesaj vasitəsilə talaq vermək olarmı?
Sual:
Salam.yaxin bir ailə savasiblar.oglan şeher kenarindadir.mesajla xanimina AZADSAN yazib.qadin zeng edib sorusubki biz bosanmis sayilmiriq sen bir defe yazdin şansımız var. Oglan ise qarşılığında mən oxudum dəfələrcə bitirdim demiş. Xirdaliqla yazdim çünki sualim odurki.1) qadının özünə deyilmədən dəfələrcə filankəsi bosadim deyilirsə bosanmis sayilirmi??? 2) eger bosanilibsa heçmi birləşmələri mümkün deyil?
Öncədən təşəkkürlər! ☺
Cavab:
Və aleykum salam. İstər telefonla zəng edərək və ya mesaj yazaraq, istərsə də e-mail vasitəsilə məktub göndərərək boşanma və yaxud da boşanmanı qəsd edən ifadələrlə talaq verərsə, bu, boşanma sayılır. Ancaq bu zaman öz ağlı, idrakı və ixtiyarı ilə və həmçinin də talaq verilənin öz xanımı olduğuna əmin olmalıdır. Həmçinin, talaq verilərkən qadın da heyz halında olmamalıdır, çünki qadına heyz vaxtı verilən talaq, boşanmadan sayılmır. Həmçinin oxuyun:
Kişi qadını boşadıqdan sonra onu yenidən necə qaytara bilər? İddə müddəti nə qədərdir?