52. Həyatından əlini üzmüş xəstənin duası

 [Allahummə-ğfirliy vərhəmniy və əlhiqniy birrafiqil-a'lə]
 
«Allahım! Məni bağışla, mənə rəhm et, məni Uca Dosta qovuşdur!»[1]
 
 Peyğəmbər səllallahu aleyhi və səlləm ölümün­dən əvvəl əllərini suya salıb üzünə sürtər və deyərdi:
 

  [Lə ilahə illəllahu, innə lilməuti lə­səkərat]

 «Allahdan başqa məbud yoxdur. Həqiqətən, ölümün öz bihuşluğu var».[2]

 
  [Lə ilahə illəllahu Allahu Əkbər, lə ilahə illəllahu vəhdəhu, lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu, lə ilahə illəllahu ləhul-mulku və ləhul-həmdu, lə ilahə illəl­lahu və lə həulə və lə quvvətə illə billəh]
 
 «Allahdan başqa məbud yoxdur. Allah ən Böyükdür. Tək Allahdan başqa məbud yox­dur. Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Allahdan başqa məbud yoxdur. Mülk Onundur və həmd Onadır. Allah­dan başqa məbud yoxdur. Qüdrət və güc yalnız Allahdadir!»[3]

 
[1] əl-Buxari, 7/10 və Muslim, 4/1893.
[2] «Fəthul-Bari», 8/144.
[3] Bu hədisi ət-Tirmizi, İbn Macə rəvayət etmiş və əl-Albani onu “səhih” hesab etmişdir. Bax: «Səhihu-t-Tirmizi», 3/152 və «Səhih İbn Macə», 2/317.