Tövbə etdikdən sonra aldatdığım insanların sevgisini necə qazana bilərəm?

    29.01.2017
Kimdən: 
Nicat
Sual: 
Sevdiyim qiza cox yalan demiwem hemcinin valideynimi ve qohumlarimida allatmiwam.cox boyuk gunah iwledib haram yemiwem.ve bu sirrin ustu acilib,ve tovbe edib namaza bawlamiwam,sevdiyimse mene ne olsada mene yaxin durmayacagini uzume bele baxmayacagini deyib.Indi ise ureyimde bir arxayinliq varki ALLAHdan isteyim sevdiyimide haminin inaminida,ele bilirem zamanla herwey qayidacaq,yaxwi olacaq,icimde qeribe arxayinliq var.bunu nece mene izah ede bilersiz?
Cavab: 
Salam aleykum. Müsəlmanın etdiyi hər bir günaha və asiliyə görə tövbə etməsi vacibdir. Uca Allah günahlarına görə səmimi şəkildə tövbə edən qullarını sevir. O, buyurur: "...Şübhəsiz ki, Allah tövbə edənləri də, təmizlənənləri də sevir". (əl-Bəqərə, 222). Siz Uca Allahın sevgisini qazanmağa çalışın, çünki Uca Allah bir qulunu sevdiyi zaman insanlara da onu sevdirir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah bir qulunu sevdiyi zaman Cəbrailə (Ona Allahın salamı olsun): "Allah filankəsi sevir, sən də onu sev!" - deyə buyu­rur, Cəb­rail (Ona Allahın salamı olsun) də həmin adamı sevir. Sonra Cəbrail (Ona Allahın salamı olsun) səma əhlinə xitab edib: "Allah filankəsi sevir, siz də onu sevin!" - deyir, səma əhli də onu sevir. Daha sonra yer üzərində olanlar da ona rəğbət bəslə­məyə başlayırlar". (əl-Buxari, 3209). Sevgiyə gəlincə bu, yalnız evlənmək niyyəti ilə olmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir-birini sevən cütlük üçün evlənməkdən (nigahdan) daha münasib, üstün (bir şey) olmayıb (yoxdur)". (İbn Məcəh, 1847). Həmçinin sizdə yaranmış arxayınçılıq isə normal bir haldır, lakin hər bir halda dua edərək siz özünüz üçün Uca Allahdan ən xeyirli olanını istəyin! Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: