Ərim hər şeydə anasını məndən üstün tutur və mənim haqqıma girir...
Sual:
Salam.Yoldawim valideylerini mennen ustun tutur.onlarin sozuyle oturub durur.ailesiyle oturub mehriban sohbet eliyir her weyini daniwir ama men neise soruwanda demir ewitmezlikden gelir.Yoldawim ne vaxt maaw alir bilmirem.yoldawimin cox weylerini sonradan anasinnan ewidirem buda mene tesir eliyir.ne qeder yoldawima yaxwiliq elesemde meni gormur ama anasi birdene cay getirsin ogluna onu o deqiqe deyir bax yenede anam.menim sözüm hec kecmir bu evde.uwagima paltarda ala bilmirem hamisini anasi eliyir.yoldawimnan hansisa bir iwi meslehet eliyirem o deqiqe soruwurki anam ne deyir bu iwe menim fikrim ona önəmli deyil.bu hereketleriyle yoldawim menim haqqima girmiw olur?
Cavab:
Salam aleykum. Siz qaynananızla xoş davranmalı və ona cavab qaytarmamalısınız, amma kişi də qadının bütün haqlarını verməyə borcludur. Qadının haqlarına kişinin onunla xoş davranması, öz yediyindən onu yedirtməsi, geyim və digər zəruri ehtiyaclarını ödəməsi, ona nəvaziş göstərməsi, onunla birlikdə vaxt keçirməsi və ailə həyatının digər tələblərini ödəməsi, ailə işlərində onunla məsləhətləşməsi, namusunu, qürurunu qoruması, başqalarının yanında onu alçaltmaması və s. daxildir. Kişi bunları etmədikdə Allahın qəzəbinə səbəb olan qul haqqı kimi böyük günahla yüklənir. Qadın kişiyə bunları xatırlatmalı və tələb etməli, Allahdan qorxmağı onun yadına salmalı, fayda verməsə, sözünü eşidib dinlədiyi insanlar da ona nəsihət etməlidirlər. Daha ətraflı: