Allahın "əl-Mucib" adının mənası

    15.12.2016

əl-Mucib sözü cavab verən deməkdir. Allahın əl-Mucib adı əl-Qarib adı ilə yanaşı zikr edilir. Uca Allah buyurur:
“Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Yaxındır (Qarib), çağırışa cavab verəndir (Mucib)." (Hud, 61).
əl-Mucib olan Allah bəndələrinə yaxın olan və duaları qəbul edəndir. Uca Allah buyurur:
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər” (əl-Bəqərə, 186).
əl-Mucib olan Allah çarəsiz qalanın çağırışına cavab verən və imdada yetişəndir. Uca Allah buyurur:
Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?” (ən-Nəml, 62).
 
 

Paylaş: