Ərim abort etdirməyə məcbur edibsə, mənə günah yazılırmı?

    02.02.2017
Kimdən: 
hesenova aysel
Sual: 
Salam eger er usaq isdemirse ve ailede mecbur edirse abort etdirmeye ve qadin mecbur qalib abort etdirirse bunun hokmu nedir ancaq isdemirdiki etdirsin mecbur edirler
Cavab: 
Və aleykum Salam. Bu məsələdə çalışın onunla razılaşmayasınız, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095). Uca Allah buyurur: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). Əgər əriniz sizi zorla abort etdirməyə məcbur edibsə, onda sizə yox, ona günah yazılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043). Həmçinin oxuyun: Abort edən qadın tövbə etsə, bağışlanarmı?
Paylaş: