Abort edən qadın tövbə etsə, bağışlanarmı?
Sual:
selamu aleykum.men usagi dunyaya goz acmamis olduren qadinin cehenneme gedeceyini dusunurem.amma.tovbe ederse gunahi bagislanarmi
Cavab:
Aleykum salam. Abort etmək böyük günahdır. Böyük günahlardan sonra peşman olaraq tövbə etmək, bir daha həmin əmələ qayıtmamağa qəti qərar vermək və çoxlu xeyirli əməllər etmək lazımdır. İlk növbədə ibadətləri çoxaltmaq, valideynlərə yaxşılıq etmək, qohumluq əlaqələrini möhkəmləndirmək, çoxlu sədəqə vermək və s. Uca Allah buyurur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur". (ən-Nisə, 48). Daha ətraflı: