Allahın "əl-Muqaddim" və "əl-Muəxxir" adlarının mənası

    16.12.2016

əl-Muqaddim sözü əvvələ çəkən, əl-Muəxxir sözü isə təxirə salan deməkdir. Allahın əl-Muqaddim və əl-Muəxxir adları Peyğəmbərin səhih hədislərində zikr edilir. Rəvayət edilir ki, İbn Abbas demişdir: “Peyğəmbər gecə durub namaza başlayarkən birinci təkbirdən sonra bu duanı edərdi: Allahım! Həmd Sənədir. Sən göylərin, yerin və onlar­da olanların Qəyyumusan. Həmd Sənədir. Sən göylərin, yerin və onlar­da olanların Hökmdarısan. Həmd Sənədir. Sən göylərin, yerin və onlar­da olanların nurusan. Həmd Sə­nədir. Sən Haqsan. Verdiyin vəd haqdır. Səninlə görüşmək haqdır. Cənnət haqdır. Cəhənnəm haqdır. Peyğəmbərlər haqdır. Muhəmməd - sallallahu aleyhi və səlləm - haqdır. Qiyamət haqdır. Allahım! Sənə təslim ol­dum, Sənə iman gətir­dim, Sənə təvəkkül etdim, tövbə edib Sənə döndüm, Sənin uğrunda mübarizə apardım və Sənin hökmünə üz tut­dum. Əvvəl etdiyim, sonra edəcəyim, gizli saxladığım və üzə çıxart­dığım günahlarımı bağışla! Əvvələ çəkən də (əl-Muqaddim) Sən­sən, təxirə salan da (əl-Muəxxir) Sənsən. Səndən başqa haqq məbud yoxdur.” (Səhih əl-Buxari, 1120).
əl-Muqaddim və əl-Muəxxir olan Allah hər şeyi öz yerinə qoyan, istədiyini əvvələ çəkən, istədiyini də təxirə salandır.
 
 

Paylaş: