"Quran və Əhli-Beytimi qoyub gedirəm" hədisi varmı?

    02.02.2017
Sual: 
Salam Aleykum Exi Can. Peygemberimiz(s.e.v) den bele bir Hedis Varmi ki men ozumden sonra iki emanet qoyub gedirem Biri (Kitabullah) Quran digeri ise Ehli beyt.? Birdeki H.Z Omer(r.a) Fatimeni vurub deyirler.eyer vurubsa bu emanete xeyanet sayilirmi? Salam aleykum ve rehmetullah.
Cavab: 
Və aleykum Salam.
1. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "…Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Birinci Allahın hidayət və nuru olan kitabı Qurandır. Allahın kitabını tutun və ondan möhkəm yapışın. Quran haqqında rəğbətləndirici sözləri söylədikdən sonra: "İkinci Əhli beytimdir. Əhli Beytim haqqında sizə Allahı xatırladıram" deyərək bunu 3 dəfə təkrarladı". (Muslim: 2408, 4425).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Mən sizin aranızda iki şey qoyub gedirəm. Əgər ondan möhkəm yapışsanız zəlalətə düşməzsiniz. Bunlar Allahın kitabı və Onun Rəsulunun sünnəsidir". (İmam Əhməd, 3/17; əl-Hakim "Mustədrək" kitabı, 1/92). Bu mənada gələn hədislər çoxdur. 
2. Həmçinin oxuyun:
Paylaş: