Ömərin Fatiməni qapının arasında qoyaraq öldürməsi iddiası doğrudurmu?

    05.09.2014
Sual: 
Salam aleykum Omer r.anhun dogrudan Fatmeyi zehra anamizi qapi arasinda qoyaraq oldurub...??? Bu fikir duzdu elmli qardaşlardan xaiw edirem Allah rizsi ucun yazsinlar
Cavab: 

Aleykum salam. Bu kimi rəvayətlər uyudrma və böhtanla dolu rəvayətlərdir. Bu bir-başa İmam Əliyə (radıyəllahu anhu) böhtandır. Necə ola bilər ki, İmam Əli sağ ola-ola Ömər (Allah onlardan razı olsun) onun həyat yoldaşını vurur, evini yandırır? Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) vəfatından sonra Fatimə Əbu Bəkr əs-Siddiqin (radıyəllahu anhu) yanına gəlib Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ona qalan Fədək mirasını, Xeybər və digər yerlərdə qalan miras payını istəyir. Əbu Bəkr əs-Siddiq isə deyir: "Mən, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini eşitmişəm: "Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir". (əl-Buxari, 3093, 3712; Muslim, 1757-1759). Digər rəvayətdə isə deyilir: "Biz Peyğəmbərlər, özümüzdən sonra miras qoymuruq". (İmam Əhməd, 9655). Fatimə ilə Əbu Bəkr (radıyəllahu anhumə) arasında Fədək bağlarına görə narazılıq olsa da, bir müddətdən sonra Ömər Əbu Bəkri götürüb Əli gilə gedir və Fatiməni (radıyəllahu anhum) barışdırır. Biz islam tarixindən Əli ibn Əbu Talibi (Allah ondan razı olsun) mərd, şücaətli, elmli, ədalətli bir səhabə kimi tanıyırıq. Necə ola bilər ki, bu kimi sifətlərin sahibinin həyat yoldaşına kimsə əziyyət versin, o isə buna biganə qalaraq cavab verməsin?! Həmçinin, Həzrəti Əli, Fatimeyi Zəhradan olan qızı Ummu Kulsumu (Allah onların hamısından razı olsun) hicrətin 17-ci ilində Ömərin xəlifəliyi dövründə Ömərə (Allah ondan razı olsun) ərə vermiş və onun qaynatası olmuşdur. Onlar düşmən yox, canbir qohum və qardaş olmuşlar. Ömər ibn əl-Xattab (radıyəllahu anhu) isə İslamın ikinci raşidi xəlifəsi, Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qayın atası və yaxın dostu, sağlığında cənnətlə müjdələn 10 səhabədən biri olub. Necə ola bilərdi ki o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qızını öldürsün? Allah onların hamısından razı olsun! Daha ətraflı: 
Ömər ibn Xəttab 
Əli ibn Əbu Talib
Fatimə haqqında

Paylaş: