Yuxudan duran kimi əli yumaq barədə hədis var?
Cavab:
Və aleykum Salam. Bəli, qeyd etdiyniz şəkildə hədis mövcuddur. Belə ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizdən biriniz dəstəmaz aldığı zaman burnuna su alıb çıxarsın. Qoy daşla təmizlənən kəs tək sayda (daşla silinsin). Sizdən biriniz yuxudan oyandıqda əlini dəstəmaz alacağı qabın içinə salmazdan əvvəl onu üç dəfə yusun. Çünki o, (yuxuda ikən) əlinin haralara dəydiyini bilmir". (əl-Buxari, 162).