İntihar etmiş adam üçün bağışlanma diləmək olarmı?

    13.02.2017
Sual: 
salam. bacım özünü intihar edıb.sebebı evlilik. atam 16 yasında ere verdı narkamana 2 ay oturdu döyürdü, boşandı. aradan 4-5 il keçenden sonra nikahsız atam öz bıbısı oğluna verıb, qoca kişiye. qocada bacımı 20 gun saxlıyıb getırıb atamın qapısına atdı. arvadı istedı. arvadıda qonşusunan yatıb qocaya xeyanet elemişdı. bacım sakıt qız idi dınmırdı. 21 yasından sonra 3 çu evlılyı agılnan gözledı. elçi gelenler bacımın 2 çi evlılıyı eşidıb peşman olub qaydırdılar kı, o gözellıkde qızı 2 defe bedbext elıyıbler. bacım 28 yasında özüne qesd etdı. nervıleri pozuldu, eseblerı yerınde deyıldı. deyırdı men de ruh xestelıyı var.anam ıstedı kı müalıce eletdırsın anama qarşi çixdi istemedı müalıce.
Cavab: 
Və aleykum Salam. Belə halların baş verməsi insanların dini məlumatsızlığından və Allahın əmrlərinə riayət etməməkdən irəli gəlir. Əslində Allah atanın öz qızını zorla ərə verməsini qadağan etmişdir. Hər nə qədər İslamda intihar etmək ən böyük günahlardan olsa da, namazlarınızda, səcdələrinizdə, dularınızda və başqa vaxtlarda bacınız üçün Uca Allahdan bağışlanma diləyin. Böyük şirk və böyük küfrdən başqa günah sahibləri Uca Allahın izni ilə Cəhənnəmdən çıxacaqlar. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur". (ən-Nisə, 48). Həmçinin oxuyun:
Paylaş: