Fatihə surəsindəki "valəddaalliin" sözü nə deməkdir?

    13.02.2017
Kimdən: 
Fuzuli
Sual: 
Salam alekum,fatehe suresindeki veledallin ne demekdi?
Cavab: 

Va aleykum Salam. Uca Allah buyurur: "Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox!" (əl-Fətihə, 6-7). Adiyy ibn Hatim (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) "əl-məğduub - ...qəzəbə uğramışların..." kimlər olduğu soruşulduğunda, onların Yəhudilər, "əd-Daalliin - azmışların" isə xristianlar olduğunu söyləmişdir. (İmam Əhməd, 4/378).

Teqlər: 
Paylaş: