Kəbinsiz dünyaya gələn uşaqlar heç vaxt cənnətə düşməyəcəkmi?

    13.02.2017
Kimdən: 
men.
Sual: 
Salam . Men bir yerdr ewiddim ki . Kebinsiz qurulan aile yeni (molla kebini) olmadan qurulan ailenin uwaqlari hec vaxd cennete duwe bilmez. Kebinsiz qurulan aile zina saylir????? Bizim ailede atam anam arasnda kebin yoxdur . Men buna gore cox narahatam . Biz indi uwaqlar seytan balalrii sayliriq????? . Buna gore ailemi mecbur edrem ki kebin kessinler. Indi kesseler gec olmaz ki ?aebul olunar?? 18 il kecib usdunden .
Cavab: 
Və aleykum Salam. "Kəbinsiz doğulan uşaqlar Cənnətə düşməyəcək" fikri yalnışdır. Hər kəs öz əməllərinə görə sorğu-sual olunacaq. Uca Allah buyurur: "De: "Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa tanrımı axtaracağam?" Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ziddiyyətə düşüb çəkişdiyiniz məsələlər barədə sizə xəbər verəcəkdir". (əl-Ənam, 164)Ona görə bu barədə narahat olmayın. Amma həqiqətdə sizin valideynlər kəbinli sayılırlar, çünki dini kəbin olmasa da, el adətilə keçirilən toy-nişanda kəbinin şərtləri bir növ yerinə yetirilir. Kəbində əsas şərtlər valideynlərin, qızın razılığı, iki şahidin və mehrin (başlıq parası) olmasıdır. Təbii ki, əgər toy olursa, deməli bu işdən velideynlərin xəbəri və qızın razılığı vardır. Həmçinin, qıza verilən qızıl-zinət əşyaları da onun mehri, insanların toya gəlməsi isə şahidlik sayıla bilər. Sizin onları yenidən kəbin kəsdirməyə məcbur etməniz doğru deyil. Həmçinin oxuyun:
Paylaş: