Əvvəllər sevdiyim qadını unuda bilmirəm, nə edim?
Sual:
sakam meleykum men ayleliyem iki usagimda var aylemi atamin isdediyi ile qurmusam diye bilmeremde xosbext deyilem lakin sevdiyim insani ureyimden cixarda bilmirem bu gunahdim ve yoldasima xeyanet elemis olurami ?
Cavab:
Və aleykum Salam. İnsan ağlına gələn fikirlərə əməl etmədikcə Allah qatında günah qazanmır və xəyanət etmiş sayılmır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah ümmətimdən nəfslərində etməyi arzuladıqları şeyləri etmədikləri və danışmadıqları müddətcə əfv etmişdir". (əl-Buxari, 7/59). Amma bu barədə düşünmək insanı günah əməllər etməyə apara bilər. Ona görə də, imanınızı və dini biliklərinizi artırın, Allahın razılığını və Cənnəti qazanmağa səy göstərin.
Daha ətraflı: Haram sevgini necə unutmaq olar?
Daha ətraflı: Haram sevgini necə unutmaq olar?