Ərimin saqqalından iyrəndiyim üçün pis müsəlman sayılırammı?
Və aleykum Salam. Sizin saqqaldan iyrənməyiniz düzgün deyil, çünki saqqal saxlamaq Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmridir, bütün peyğəmbərlər və onların ardıcılları da saqqal saxlamışlar. Bu barədə dinimizdə kifayət qədər dəlillər var. Bəzi alimlərə görə saqqalı bir ovuc və ya dörd barmaq həddində azaltmaq olar. Amma saqqal saxlayan kişilər də onun təmizliyinə fikir verməlidirlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Təmizlik imanın yarısıdır...". (Muslim, 534). Uca Allah buyurur: "Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür". (əl-Əhzəb, 36). Həmçinin oxuyun: Şəriətə görə saqqal saxlamaq vacibdirmi?