Söyüş söyən və qarğış edən adama necə cavab vermək olar ki, etdiyi əməldən utansın?

    16.03.2017
Sual: 
Salam aleykum. Söyüş söyən və ya qarğış eliyən adama cavabı necə vermək olar ki utansın..? Yəni dediyi sözə görə peşman olsun vı utansın.
Cavab: 
Və aleykum Salam. Çalışın həmin söyüş söyən adamı gözəl şəkildə susdurasınız. Çünki söyüş söyməklə o sizin haqqınıza girmiş olur. Əgər görsəniz həmin adam susmaq istəmir, onda həmin yeri tərk edin. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizdən biriniz bir münkər (günah, pis) əməl gördükdə bacarırsa onu əli ilə düzəltsin! Ona qadir olmasa, dili ilə düzəltsin! Ona qadir da olmasa, qəlbi ilə nifrət etsin ki, bu da imanın ən zəif mərtəbəsidir". (Muslim, 175). Qəlbi ilə nifrət etməyə isə oranı tərk etmək də daxildir. Həmçinin oxuyun:
Paylaş: