Valideynlərə itaət etmək Cənnətə girməyə səbəb ola bilərmi?

    11.03.2017
Sual: 
salam aleykum.Valideynlərin sözünə baxan insan cənnətə girə bilərmi?
Cavab: 
Və aleykum Salam. Bəli, valideynlərə şəriətə zidd olmayan məsələlərdə itaət etmək, onlarla xoş davranmaq və onların üzlərinə ağ olmamaq müsəlmanın Cənnətə girməsinə ən böyük səbəblərdən biridir. Taysələ ibn Məyyəs (Allah ondan razı olsun) rəvayət edir ki: "Mən Nəcdatlarla (Nəcdat - hərurilərdən olan Nəcdə ibn Amir əl-Xaricinin havadarlarıdır) eyni fikirdə idim. Bir gün böyük günahlardan hesab etdiyim bir günahı işlətdim, sonra da bunu Abdullah ibn Ömərə (Allah ondan da razı olsun) dedim. İbn Ömər: (radıyəllahu anhumə): "Nədir o?" - deyə soruşdu. Mən dedim: "Filan, filan işi görmüşəm". O dedi: "Bu ki, böyük günahlardan deyil. Böyük günahlar doqquzdur; Allaha şərik qoşmaq, adam öldürmək, cihaddan qaçmaq, ismətli qadına böhtan atmaq, sələm yemək, yetimin malını yemək, məsciddə haqdan yayınmaq, (dini) məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq". (Sonra) İbn Ömər (Allah onların hər ikisindən də razı olsun) mənə dedi: "Cəhənnəm odundan çəkinib Cənnətə girmək istəyirsənmi?" Mən: "Əlbəttə!" - deyə cavab verdim. O soruşdu: "Valideynin sağdırmı?" Dedim ki: "Bircə anam sağdır!" O dedi: "Allaha and olsun! Əgər onunla mülayim danışsan və ona yemək-içmək versən, böyük günahlardan çəkinsən, mütləq Cənnətə girəcəksən!" (əl-Buxari: "Sahih əl-Ədəbul-Mufrad": 6-8; Yəhya ibn Əbi Kəsir: "Təhzibul-Kəməl" kitabı, 13/468). Həmçinin oxuyun: İslamda valideynlərə qayğı göstərmək barədə

 

Teqlər: 
Paylaş: