Keçmiş Ramazan oruclarını tutmayan qəzalarını tutmalıdırmı?
Sual:
Salam Aleykum. Mənim bu ramazandan qəza oruclarım var, müalicə aldığım üçün tuta bilməmişəm. İnşəAllah onları tutacam. Ama keçən ramazandan qalma qəza oruclarım da var, müalicə aldığım üçün onları da tuta bilməmişdim. Həmçinin mən hər ramazan oruc tuta bilməmişəm. İndi nə etməliyəm? Ümumən tuta bilmədiyim orucları tutmalıyam? Tutmadığım günlərin sayını dəqiq bilmirəm.
Cavab:
Və aleykum Salam. Hər halda oruc tuta bilmədiyiniz illəri təqribən hesablayıb sağaldıqdan sonra yavaş-yavaş həmin orucları tutmalısınız. Daha ətraflı: Ramazan ayından qalan kəffarə orucunu ardıcıl tutmaq lazımdır?