Dini kəbinimiz olmayıbsa, uşaqlarımız zinadan doğulmuş sayılırmı?
Sual:
Salam mən 5 ildi ki evliyəm. Ama kəbini 2 ildi ki kesdirmisik,yəni uşaqlarımız anadan olandan sonra.Indi mən bilmək istərdim ki kəbinsiz doğulmuş uşaqlar bizə haram sayılırmı? Bunun günahı nə dərəcədə böyükdür? Uca Allah bizim bu gunahimizi bağışlayarmı?
Cavab:
Və aleykum Salam. Şəriətə görə, nikahın şərtləri qız tərəfdən vəlinin (himayədarın) razılığı, iki şahidin iştirakı və qadına mehr verilməsidir. Əgər sizin evliliyiniz ailələrinizin qarşılıqlı razılığı ilə olubsa, yəni nişan və toy olubsa, bu, valideynlərin razılığı və şahidlərin iştirak etməsi sayılır. Qadına verilən qızıl zinət-əşyaları da onun mehri sayıla bildiyi üçün, bu evlilik halal sayılır. Bu şərtlər yerinə yetirilibsə, uşaqlar da halal evlilikdən dünyaya gələn uşaqlardır. Daha ətraflı: