Namazın sözlərini ürəkdə demək olar?

    16.03.2017
Kimdən: 
sebine
Sual: 
As Salamu Aleykum Allah razi olsun Bir soz sorusum.Namazda sozleri deyende(fatihe ixlas ruku ve.s) esidile bilecek sesde demek lazimdir yoxsa icden yeni qelbde demek? niyyetide qelbden kecirmek lazimdir?
Cavab: 
Və aleykum Salam.
1. Oxumağa qadir olduğu halda namaz qılan hər kəs hərfləri tələffüz edərək dilini tərpətməzsə, onun belə namaz qılması icazəli deyil. Dil və dodaqlar yavaşca da olsa tərpənməlidir. Bu səssiz namazlara (zöhr və əsr) aiddir. Səsli namazlarda (sübh, məğrib, işa) isə nə çox yavaş, nə də çox ucadan olmaqla bərkdən oxumaq lazımdır. Həmçinin oxuyun:
2. Dinimizə görə niyyətin yeri qəlbdir, onu dil ilə tələffüz etmək isə bidətdir (dində yenilik). Daha ətraflı:
Paylaş: