Musiqi saytı açmaq, siqaret satmaq, kompüter oyunları və digər şeylər haqqında

    07.04.2017
Kimdən: 
M
Sual: 
Salam.ilk öncə belə sayta görə sizə təşəkkür edirəm. 1. Sayt açmaq istəyirəm.elan və ya mahnı formatında sayt.yəni insanların vaxtın almaq səbəbindən günah qazanarammı? 2. Marketdə siqaret satmaq olarmı? 3. Plesteşin yeri açmaq günahdırmı.yəni insanların daha çox gözünə zərər verdiyinə görə günahdırmı? 4.toy üçün kirayə çadır verib sonra həmin çadırda kişilərlə qadınlar otursa , mənə günah yazılarmı?
Cavab: 

Salam aleykum.

1. İslamda musiqi haram olduğu üçün onu təbliğ edən vasitələr də haramdır. Musiqi üçün sayt açmaq da bu qəbildəndir. Ancaq elan, reklam xarekterli sayt açmaqda problem yoxdur. Həmçinin oxuyun: Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək olarmı?
2. Siqareti çəkmək haram olduğu kimi onun satışı da haramdır. İslama görə işləmək, ticarət etmək və ya ruzi, qazanc əldə etmək niyyəti düzgün və Allah rizası üçün olarsa, bunun özü bir ibadətdir. Ancaq haramdan qazanc əldə etmək, haram işlərə vasitə olmaq və ya haram satılan yerlərdə işləmək şəriətə görə qadağandır. Əgər siz hər hansı bir marketdə siqaret, spirtli içkilər və s. haram olan şöbələr deyil, ümumi ərzaq və ya halal olan nemətlər şöbəsində satıcı işləsəniz bu icazəlidir. Həmçinin oxuyun: Siqaret çəkmək olarmı? 
3.
İçərisində dinə, şəriətə zidd olan əməllər olmadıqca bu kimi oyunlar əslən mübahdır (dinə görə nə halal, nə də haram sayılan, edilməsi və ya edilməməsi könüllü, ixtiyari olan). Ancaq bu kimi oyunlar, oyun mərkəzləri bir növ vaxtı zay, israf etməyə aparır. Hər bir halda bu kimi oyun mərkəzlərini açaraq ruzi qazanmaq günah olmasa da, bilməliyik ki, oradan istifadə edənlər üçün də bunun bir faydası yoxdur. Ona görə də müsəlman çalışmalıdır ki, müsəlmanlara fayda verən işlərə vəsilə olsun, ruzisini bu yöndə axtarmağa çalışsın və müsəlmanlara, cəmiyyətə faydası olmayan bu kimi əməllərə səbəb olmaqdan çəkinsin! Həmçinin oxuyun: Ruzinin artması üçün nələr etməliyik?
4. Çadır satmaq və ya icarəyə vermək haram deyil, lakin şəriətə zidd olan məqsədlər üçün istifadə ediləcəyini bilsəniz, icarə verməkdən çəkinmək lazımdır. Allah Təalə belə buyurur: "Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!" (əl-Maidə, 2).

Paylaş: