Ailəmin hicaba icazə verməsi üçün yalandan yuxuda əmr olunduğunu deyə bilərəmmi?
Sual:
Salam.Əgər evden hicab baglamağa icaze vermirlerse heç cüre.yalannan demek olarmıki yuxumda buyurdular mene?
Cavab:
Və aleykum Salam. Yuxuya yalan qatmaq Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) tərəfindən qadağan edilib. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim özündən bir yuxu uydursa, (Qiyamət günü) ona iki arpa dənəsini bir-birinə calaşdırmaq buyurular, ancaq o, bu dənələri heç vaxt calaşdıra bilməz. Kim aralarında olan söhbəti heç kəsə bildirmək istəməyən və ya bunu öyrənmək istəyən kimsədən qaçan adamların söhbətinə qulaq assa, Qiyamət günü onun qulaqlarına əridilmiş qurğuşun tökülər. Kim (canlıya aid) bir şəkil çəksə, əzaba düçar olar, özünə də həmin şəklə ruh vermək buyurular, lakin o bu şəklə ruh verə bilməz". (əl-Buxari, 7042). Ona görə də, siz hicab bağlayın və gözəl əxlaqla, hikmətlə ailə üzvlərinizin sizə hicab bağlamağa mane olmasının böyük günah olduğunu izah edin. Daha ətraflı:
Nə qədər dua etsəmdə, anam hicab bağlamağıma icazə vermir
Nə qədər dua etsəmdə, anam hicab bağlamağıma icazə vermir