Sulu halda çıxan yel haqda verilən sualı aydınlaşdıra bilərsinizmi?
Sual:
Salam aleykum.Bir nəfər sizdən soruşubki yel çıxaranda yumaq lazımdırmı.cavabında da əgər sulu hal varsa yuyulmalıdır yazmısız.Mənim sualım isə mən hər dəfə ayaqyolundan çıxandan sonra yel çıxır sulu hal. ancaq heç yer bulaşmır indi nəyə görə hər dəfə yumalıyam bunun dəlili versəz yaxşı olar.çünki bu qaydaynan gedəndə gərək girib çıxasan hər dəqiqə.ama saxlamaq olur o da ki məkruhdu.
Cavab:
Və aleykum Salam. Sulu halda yelin çıxması ayaqyolunda olduqda baş verir. Bu isə yuyulmaq ilə təmizlənir. Əgər ayaqyolundan kənarda sulu halda yel çıxarsa, mütləq alt paltar bulanmalıdır. Alt paltar bulanmırsa, yel sulu halda çıxmır və bu, şeytanın təmizlənmədə olan vəsvəsələrindən sayılır.