Üzü üstə yatmaq, dəstəmaz və digər suallar

    04.04.2017
Kimdən: 
KhG
Sual: 
Salam, bir neçe sualım olacaqdı. 1.Gece yatarken üzüüste yatmaq qadağandır mı? Bu sualın cavabını saytda oxudum. Hedis ile cavablandırılmışdı. Lakin o hedisde "yanı açıq veziyyetde" ifadesi istifade olunub. Tam anlamadım. Neticede gece yatarken üstmüzü örtürük. 2. Destemaz alarken qış aylarında corabları mütleq çıxardmaq lazımdır? 3. Gelecek evlilik barede xeyal qurmaq yeni xeyalda heyat yoldaşı ile sarılmaq, öpmek, el ele tutmaq baredr xeyal qurmaq qadağandır mı?
Cavab: 

Və aleykum Salam.

1. Üzü üstə yatmaq hədisində məqsəd üzü aşağı yatmağın bəyənilməməsidir. əs-Səfərini (Allah ona rəhm etsin) belə demişdir: "Üzü üstə sərilmiş halda yatmaq məkruhdur, yəni onun heç bir üzr olmadan qarnı üstündə yatması məkruhdur, çünki İmam Əhməd Əbu Hureyrədən (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: "Peyğəmbər (salləllahu aleyhi va səlləm) qarnı üzərində uzanmış birinin yanına gəldi və onu ayağı ilə tərpətdi və belə dedi: "Bu cür uzanmağı Uca Allah sevmir". (İbn Hibban, 5550; əs-Səfərini "Ğiza əl-Əlbəb Şərh Mənzumətil-Ədəb" 2/363-364).
Həmçinin, İbn Racəb (Allah ona rəhm etsin) nəql etmişdir ki: "Məsciddə üz üstə sərilmək olmadan istənilən şəkildə uzanmaq icazəlidir, çünki Peyğəmbərdən (salləllahu aleyhi va səlləm) rəvayət edirlər ki, bunu (yəni üz üstə uzanmağı) qadağan etmişdir". (İbn Racəb: "Fəthul-Bəri Şərh Sahih əl-Buxari", 3/405).

2. Dəstəmaz alarkən corabları mütləq çıxarmaq lazım deyil. Dinimiz hər bir çətinlikdə asan bir yol göstərmişdir. Dəstəmaz alarkən corabın üzərindən məsh çəkmək də bu asanlıqlardan biridir. Daha ətraflı: Ayaqda ağrı olarsa, qışda dəstəmazda yumaq əvəzinə məsh etmək olarmı? 

3. Arada kəbin olmadan bu kimi xəyallar qurmaqdan çəkinmək lazımdır. Bu cavabı oxuyun:
Şəhvani xəyallar günahdır? 
Gələcək həyat yoldaşı ilə bağlı xəyallar qurmaq olarmı?

Paylaş: