Sübh namazının sünnəsinin əvəzinə əvvəlki günün sübh namazının qəzasını qılmaq olarmı?

    06.04.2017
Kimdən: 
muselmanka91
Sual: 
Salam aleykum əziz müsəlmanlar. Dönə-dönə təşəkkürlər belə səbrlə aydın izah edilən sayta görə. Allah sizləri yormasın inşəAllah. Soruşacağım odur ki,sübh namazında ilk sünnə namazın əvəzinə keçən günün və yaxud ümumiyyətlə qəzaya düşmüş sübh namazı qıla bilərəmmi? Yəni sünnəni etmədən. Hərdən belə edirəm düzgün olarmı bu? Allah razı olsun sizlərdən.
Cavab: 

Və aleykum Salam. Qəzaya düşmüş namazı imkan olan kimi qılmaq lazımdır. Gözləyib sübh namazının qəzasını növbəti sübh namazı vaxtı, zöhr namazının qəzasını növbəti zöhr vaxtı qılmaq düzgün deyil, çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Muslim, 684). Ona görə yadınıza düşən kimi gecə də olsa həmin namazın qəzasını qılmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və alihi və səlləm) buyurmuşdur: "Sübh namazının iki rükət (sünnəsi) dünya və onun için­də­ki­lə­rindən daha xeyirlidir". (Muslim, 1721).

Teqlər: 
Paylaş: