Anam məni evlənməyə tələsdirir, istədiyim qızın isə yaşı azdır...

    07.04.2017
Kimdən: 
Kamal
Sual: 
Salam.menim 22 yawim var mamam evlendirmek isteyir men 24 yawimda evlenmek isteyirem cunki qiz balacadi yawi o vaxt tamam olacaq.mamamda xerceng xesteliyinden eziyyet cekir mene bir yol gosterin
Cavab: 

Və aleykum Salam. Bildiyimizə görə, Azərbaycan qanunvericiliyində valideynlərin müraciəti əsasında qıza bir il tez, yəni 17 yaşında ailə qurmağa icazə verilir. Siz bu məsələni hüquqşunaslarla məsləhətləşin. Hər bir halda ananızla xoş danışaraq onun könlünü almağa çalışın. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!". (əl-İsra, 23). Həmçinin oxuyun: Ata-ananı incitməyin günahı barədə

Teqlər: 
Paylaş: