Hz. Əbülfəzə yazılan məktubu hara vermək olar?

    01.04.2017
Kimdən: 
Hüseyn
Sual: 
Salam Hər vaxtınız xeyir.Bizim evə 2012ci ildə cadu olunmuşdu.Sonra 2013də Atam dünyasını dəyişdi.İndi məndə bunun kim olduğunu öyrənmək istəyirəm.Buna görədə Həzrəti ƏbəlfəzlAbbasa ərizə yazmaq istəyirəm.Bunu yazdırıb hara vermək olar?
Cavab: 
Və aleykum Salam. Bu, avam camaatın uydurduğu bir şeydir. Əbul-Fəzl də ölüb, digər imamlar da, hətta Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də ölüb. Əksinə, ölən insana müraciət etmək, ondan kömək istəmək Allaha şərik qoşmaqdır. Ölən insanların dünyada olanlarla əlaqəsi kəsilir. Uca Allah buyurur: "Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən". (Fatir, 22); "Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: "Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm". Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx (maneə) vardır". (əl-Mu'minun, 99-100). Həmçinin oxuyun:
Paylaş: