Qadın müxtəlif bəhanələrlə əri ilə yaxınlıqdan imtina edirsə, əri nə etsin?
Sual:
Salam. Xeyli müddətdir ki, qadın əri ilə cinsi əlaqədə olmaqdan imtina edir. Müxtəlif bəhanələrlə və deyir ki, mən yorulmuşam, mənim buna həvəsim yoxdur. Bu məsələdə qadın heç cür hidayət olunmur. Həkimə getməkdən də imtina edir. Deyir ki, mən xəstə deyiləm, sadəcə olaraq həvəsim yoxdur, yorğunam. Ər uşaqlara görə ailəni dağıtmaq istəmir. Bu halda ər nə etməlidir ki, günaha batmasın? Qabaqcadan yenə də təkrar edirəm, qadını bu məsələdə hidayət etmək, dəyişdirmək mümkün deyil. Qadın öz dediyindən dönən deyil.
Cavab gözləyirəm
Dərin hörmətlə Ramiz
Allah Sizlərə kömək olsun
Cavab:
Və aleykum Salam. Yaxşı olar ki, həkimə müraciət edilsin, əgər həkimin bir köməyi olmasa, Quranla ruqyə olunsun. Çünki belə hallar cadudan da əmələ gələ bilər. Daha ətraflı: Cadudan necə qorunmaq olar?