Qadın ikinci dəfə ailə quranda yenə də valideynin razılığı olmalıdırmı?

    12.04.2017
Kimdən: 
Suleyman
Sual: 
Salam bagislayin bir qadinin valideyni bilmeden kebin kesmek olarmi ye I o qadin bir defe evlenib ve bosanib ikinci defe evleneceyi sexse kebin kesdiyi zaman valideynin icazesi olmalidir yene?birdeki sahidler nece olamlidir?yeni her iki terefden mutleq sahid olmalidir?
Cavab: 
Və aleykum Salam. Qadınlar üçün atanın xəbəri olmadan kəsilən kəbin neçənci dəfə olmasından asılı olmayaraq batildir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir...". (İbn Məcəh, 1524). Kişidə isə vəziyyət bir qədər fərqlidir, lakin onların bilməsi daha yaxşıdır. Daha ətraflı: Nikah bağlamağın qaydaları
Paylaş: