Düşər-düşməzliyi sınayıram, düz çıxır, bunu nə ilə izah edərdiniz?

    15.04.2017
Kimdən: 
...
Sual: 
Salam aleykum.Deyirlər ki,qaşıq-bıcaq düşəndə,sagsagan caqqıldayanda qonagın gəlməsi,əlin ici qaşınanda pul gəlməyi,yasın adınasıynan üç günlüyü eyni günə düşəndə dalınca ölünün getməsi kimi şeylər xurafatdı.Ama mən dəfələrlə bunu sınayıram hər dəfə düz cıxır.Məncə təsadüf 1-2 dəfə olar bu qədər təsadüf olmaz.Bu məsələ haqqında fikriniz necədir??
Cavab: 
Və aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir şeyin uğursuz olmasına inanmaq Allaha şərik qoşmaqdır". (Əhməd 1/389). Bir dəfə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanında uğursuzluqdan söz açıldı. Rəsulullah (salləllahu aleyhi və səlləm) bu haqda buyurdu: "Ən yaxşısı xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın! Uca Allahın gücü və qüdrəti hər şeyə yetər. Əgər xoşagəlməz bir şey görsəniz, bu duanı oxuyun: "Allahummə lə yəti bil-həsənəti illə əntə va lə yədfəus seyyiəti illə əntə və lə havlə və lə quvvatə illə bik". (Allahım! Xeyirlər ancaq Səndəndir, şəri də ancaq Sən uzaqlaşdıra bilərsən. Yeganə güc və qüvvət sahibi Sənsən, həqiqi güc və qüvvət Səndəndir)". (Əbu Davud: "Tibb", 24).
Siz bu cür şeyləri sınamaqdan tövbə edərək çəkinməlisiniz, çünki siz əlamətlərə inanmağa başladıqca hadisələrin Allahın təqdiri ilə yox, əlamətlərin səbəbi ilə olduğuna iman gətirmiş olursunuz. Düşər-düşməzliyin düz çıxması isə özü sizin üçün sınaq ola bilər ki, Allaha iman gətirəcəyiniz, yoxsa əlamətlərə inanacağınız bilinsin. Daha ətraflı: 
Paylaş: