Qurani-Kərimi oxuduqdan sonra dua etmək lazımdır?
Sual:
Salam.Qurani Kerim kitabini oxuyandan sora dua etmek lazimdi ya duani edib sora Qurani oxumaq?
Cavab:
Və aleykum Salam. Quran oxumağa başladıqda "əuzu billəhi minəş-şeytanir-racim" deyilir. Uca Allah buyurur: "Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!" (ən-Nəhl, 98). Qurandan bir hissə və ya hamısını oxuyub qurtarandan sonra xətm duası adlanan duaya aid səhih dəlil yoxdur.