Xristianla dostluq etmək olarmı? Heyvanlar öldükdən sonra hara gedirlər?

    19.04.2017
Sual: 
Xristianlarla dostluq edile bilir mi?- ve heyvanlar öləndən sonra hara gedirler?
Cavab: 
Salam aleykum.
  1. Qeyri-müsəlmanlarla işləmək, ticarət etmək, iş yoldaşı münasibətləri qurmaq, qonşuluqda olan qeyri-müsəlmanla mülayim münasibətdə olmaq və s. icazəlidir. Onları İslama dəvət etmək məqsədilə də görüşmək, münasibət saxlamaq olar. Amma onlarla yaxın dostluq etmək haramdır. Uca Allah buyurur: "Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır". (Ali-İmran, 28).
  2. Heyvanlar öldükdən sonra Qiyamət günü diriləcəklər və aralarında ədalət bərpa olunduqdan sonra torpaq olacaqlar. Daha ətraflı: Heyvanların canlarını kim alır və onların aqibəti necə olacaq?
Paylaş: