Heyvanların canlarını kim alır və onların aqibəti necə olacaq?

    21.11.2015
Sual: 
Assalamu aleykum. Mən bilmək istəyirməm ki, heyvanlar və quşlar kimi digər canlılar da vəfat etdikdə onların ruhları hara gedir? Onların da ruhlarını ölüm mələyi götürür, yaxud dəqiq onlarla nə baş verir? Buna bənzər bir cavab sizin saytda oxumuşam. Lakin cavab qısa və izahsız olduğundan çox şeyi başa düşmədim və bu sualın cavabı da hələ də mənə qaranlıq və müəammalı qalıb. Xahiş edirəm ki, zəhmət olmasa bu sualı bir daha gözdən keçirib yenidən buna təfsilatlı bir cavab yazasız. Öncədən təşəkkür edirəm... Sizin saytdan mütaliə etdikdə qəlbim çox rahatlaşır. Allah sizdən razı olsun və dəvətinizə də bərəkət versin!
Cavab: 

Va aleykumu-Sələm va rahmətullahi va bərakətu. Uca Allah Qurani-Kərimdə bizə xəbər verir ki, ölüm mələyi Adəm övladının canını alır: "De: "Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!" (əs-Səcdə, 11). Heyvanların ruhlarının taleyi haqda Qurani-Kərimdə deyilir: "Yer üzündə gəzən heyvanların və (göydə) uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar". (əl-Ənam, 38).
Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "(Qiyamət günü) Allah yaratdığı cinlər, insanlar və heyvanlar arasında hökm verəcək və o gün hətta buynuzlu ilə buynuzsuz heyvanlar arasında da hökm verəcək. Birinin digəri üzərində haqqı qalma­dıqda Allah deyəcək: "Torpaq olun!" Elə bu zaman kafir deyə­cək: "Kaş mən torpaq olaydım!" (ən-Nəbə, 40)". (İbn Cərir ət-Tabəri "Təfsir", 30/ 17-18). Hədisə əsasən, heyvanlar Qiyamət günü insanlardan və bir-birlərindən haqlarını aldıqdan sonra torpağa çevriləcəklər. Həmçinin oxuyun: Heyvanların ruhu varmı?

Teqlər: 
Paylaş: