Kasıb adamın salamını almamaq dində necə qarşılanır?

    19.04.2017
Kimdən: 
Allahii seven bendeden
Sual: 
Namaz ehline kasib bir insanin salamini almamaq nece qiymetlendirilir din baximindan
Cavab: 
Salam aleykum. Dinimizə görə salam vermək sünnə, almaq isə vacibdir və bu zaman varlı-kasıb deyə fərq qoymaq olmaz. Salamı almayan günah qazanır. Uca Allah salamı geri qaytarmağı əmr edərək buyurur: "Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir". (ən-Nisə, 86). Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Müsəlmanın müsəlman üzərində altı haqqı var. Orada olanlar dedilər: "Ey Allahın elçisi, onlar hansılardır?" O buyurdu: "Onunla qarşılaşdıqda salam ver. Səni dəvət etdikdə qəbul et. Səndən nəsihət istədikdə nəsihət ver. Asqırıb "Əlhəmdulilləh" (həmd olsun Allaha) deyəndə sən də ona "Yərhəmukəllah" (Allah sənə rəhm etsin) de. Xəstələndikdə ziyarət et. Vəfat etdikdə cənazəsini müşayiət et". (Səhih Muslim, 2162).
Əgər salamı almayan şəxs bunu təkəbbür səbəbilə edirsə, daha böyük günah qazanır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qəlbində zərrə qədər təkəbbür olan Cənnətə girməz". (Səhih Muslim). Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) "Təkəbbürlük nədir, ey Allahın Elçisi?"soruşduqda, o (salləllahu aleyhi və səlləm) belə dedi: "Haqqı dan­maq və insanlara xor baxmaq­dır". (əl-Buxari "Ədəbul-Mufrad", 548). Həmçinin oxuyun: Sizə salam olsun!
Paylaş: