Satıcının kobud şəkildə məhsulu satmaqdan imtina etməsi düzgündürmü?

    06.05.2017
Kimdən: 
Allahii seven bendeden
Sual: 
Salam.Bir gun iwden yorgun eve donurdum.Gozum seliqe ile yigilmiw meyvelerin icinde waftaliya satawdi bu meyveni cox sevdiyim ucun,puluma munasib olaraq almaq istedim.Saticidan qiymetini xeber aldim,2 manatdir dedi kilosu,Pulum da cemi 2 manat oldugu ucun paket istedim ki, bir nece dene alim,yerde qalan puluma eve corek alaram.ele tezece bir nece dene waftali yigmiwdim ki,satici komekcisi elimde paketi alib ozu yigmaga bawladi.menden bawqa insanlar oldugu ucun utanaraq sakitce pulum azdir dedim,meyveleri tereziyede cekib 4 manat dedi,Dedim men o qeder ala bilmeyecem demiwdim ki,cakdiyi meyveleri yerine bowaldib ,sene satmiram dedi,Cox pewman halda eve dondum,Oz nefsime hakim kesile bilmedim.
Cavab: 

Və aleykum Salam. Kobudluq etmək, insanları acılamaq və onların qəlbini qırmaq günahdır. Bunu edən xətrinə dəydiyi insandan halallıq almasa, Qiyamət günü onun haqqını verəcək. Siz həmin satıcıya onun bu hərəkəti barədə mağazanın və ya bazarın rəhbərliyinə şikayət edəcəyinizi xatırlada bilərdiniz.

Amma ümumən alış-veriş zamanı alıcı və satıcı bir-birindən ayrılanadək məhsulu almamaqda və ya satmamaqda ixtiyar sahibidirlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Alıcı və satıcı bir-birindən ayrılanadək ixtiyar sahibidirlər (yəni ayrılanadək alıcı aldığını, satıcı da satdığını geri qaytara bilər). Əgər onlar düz danışar və aydınlıq gətirərlərsə, alış-verişləri bərəkətli olar. Əgər nəyi isə gizlədər və yalan danışarlarsa, alış-verişlərinin bərəkəti gedər". (əl-Buxari, 2004). Hədisin şərhində deyilir: "Alış-veriş zamanı hər iki tərəf ixtiyar sahibidir. Belə ki, hər iki tərəfin alış-veriş yerində onu davam etdirməyə və ya ləğv etməyə ixtiyarları çatır. Ayrıldıqdan sonra alış-veriş qüvvəyə minir və icrası vacib olur. Bundan sonra tərəflərin seçim hüquqları yoxdur. Yalnız alış-verişi ləğv edə biləcək keçərli səbəbin olması müstəsnadır. Məsələn, (əvvəldən) şərt qoyulması, gizlədilmiş eybin üzə çıxması, fırıldaqçılıq, qiymətdən xəbərsizlik və s. ". (Abdur-Rahmən əs-Sə'di "Möminlərin könül müjdəsi" kitabı). Həmçinin oxuyun:
Qul haqqı barədə 
Qəlb qırmaq günahdırmı? 
İslam fiqhi: ALIŞ-VERİŞDƏ SEÇİM İXTİYARI bölümü

Paylaş: