Bir nəfərin həbsdən çıxması üçün müəyyən bir ayəni hər gün oxumaq olarmı?

    19.04.2017
Sual: 
Salam zehmet olmasa cavablandirin.Yusif suresinin"Inna rabbi latifun lima yeşau innehu huvel alimul hakim"bu ayesini hergun bacardgn qeder oxumag olar?ve eyer birnecegun yadinan cxsa gunah sayilir?men bu sureni bir qohumumun hebsden qurtulmasycin oxuyuram geleceydede tez tez oxumag fikirlesrem.sadece qorxuram birde sehf eleyerem gunah olar.bu haqda biraz acg nelumat verin cox xais eleyirem.
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "...İnnə Rabbii lətııfun liməə yəşəəəəu, innəhuu huval-aliimul-həkiim" - Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir". (Yusuf, 100). Ümumən gün ərzində Qurani Kərimdən bu və va ya digər ayələri istənilən qədər oxumaq olar və hər hərfə görə 10 savab var. Ancaq qeyd etdiyiniz ayəni kiminsə həbsdən çıxması və ya digər hadisələr üçün xüsusiləşdirib oxumaq dinimizdə buyurulmayıb. Dində buyurulmayan bir əməli etmək isə düzgün deyil. Siz həmin insanın həbsdən çıxması üçün ana dilinizdə istədiyiniz şəkildə dua edə bilərsiniz. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: