Nişanın geri qayıtmasına çox ümid etməyim düzgündürmü?
Və aleykum Salam. Allaha qovuşmağı arzulamaq və bunun üçün can atmaq gözəldir. Amma can atmaq dedikdə xeyirli əməllər edərək, Allahın sizə verdiyi vaxtdan istifadə etmək başa düşülür. Uca Allah buyurur: "Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma". (əl-Qasas, 77). Allah üçün mümkün omayan şey yoxdur, O hər şeyə qadirdir. Amma Allahın sizə nəyisə verməməsi sizin üçün daha xeyirli ola bilər: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz". (əl-Bəqərə, 216). Siz dualarınızda israrlı olun, "duam qəbul olmadı" deyərək ruhdan düşməyin və Allahdan sizin üçün xeyirli olanı istəyin. Həmçinin, bilməlisiniz ki, heç kim sizi zorla istəmədiyiniz oğlana nişanlaya bilməz. Daha ətraflı:
Nikah bağlamağın qaydaları
Dualarım qəbul olmur, nə edim?
İstixarə namazı haqqında