Namazda səcdənin bir, yoxsa iki dəfə edilməsinə şübhə etdikdə, nə etmək lazımdır?

    21.04.2017
Kimdən: 
Kazım
Sual: 
Salam. Sizə bir neçə sualım olacaq. Mən yeni Namaz qılmağa başlamışam. 1 ci sualım belədir. Namaz qılarkən. Səcdəyə gedərkən çox vaxt unuduram elə bilirəm bir dəfə etmişəm. Bunun üçün nə etməliyəm? Namazı yenidən qılım?
Cavab: 

Və aleykum Salam. Namaz əsnasında səcdə etdiyiniz vaxt bir dəfə, yoxsa iki dəfə səcdə etməyinizi unutmusunuzsa, əlavə olaraq bir dəfə də səcdə edirsiniz və axırda salamlardan sonra səhv səcdələrini edirsiniz. 

Əlavə səcdə etmədən növbəti rükətə keçmisinizsə, namazın sonunda əlavə olaraq bir rükət artıq namaz qılıb, sonda yenə də səhv səcdəsi etməlisiniz. Namazı yenidən qılmaq lazım deyil. Daha ətraflı: Səhv səcdəsi necə yerinə yetirilir? 

Teqlər: 
Paylaş: