Nəhl surəsinin 63-cü ayəsində Allah nə üçün özünə and içir?

    25.04.2017
Kimdən: 
x malcom
Sual: 
Nəhl surəsi 63 ayədə(Ya Rəsulum!) Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik. Şeytan onlar öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu gün Şeytan onların dostudur (havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba düçar olacaqlar! Ayədə Allah özünə and içir ? Öz qüdrətinə and içsəydi başa düşərdim axı özünə and içir
Cavab: 

Salam aleykum. Uca Allah buyurur: "Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə onların əməllərini özlərinə gözəl­ göstərmişdi. (Şeytan), bu gün də onların dostudur. Onlar üçün üzücü bir əzab vardır". (ən-Nəhl, 63). Qurani-Kərimdə Uca Allah bir neçə yerdə müxtəlif şəkildə Özünə and içir. Böyük təfsir alimlərindən olan əl-Qurtubi (Allah ona rəhm etsin) demişdir ki, hətta hikməti bilinməsə belə Uca Allah istədiyi şeyə and içir. ("əl-Camiu li-Əhkamil-Quran", 19/237). Uca Allah da etdiklərindən sorumlu deyil və o istədiyini edə və istədiyi şeyə and içə bilər. O, etdiklərinə görə sorumlu olan yox, əkisnə soruşan, haqq-hesab çəkəndir. Uca Allah buyurur: "Allah gördüyü işlər üçün məsuliyyət daşımaz; onlar isə daşıyacaqlar". (əl-Ənbiya, 23).

Teqlər: 
Paylaş: