Əhli-beytə sevgi necə olmalıdır?
Sual:
SALAM! NECƏSİNİZ?Allah sizdən razı olsun.Sualım əhli beytlə baglıdr.KECMİŞdə əhli beyt sevgisi necə olmuşdur? Müasir zamənədə və gələcəkdə necə olmalıdır?BİZ nə etməliyik ki bizə verilmiş o iki əmanəti(QURAN və ƏHLİ BEYTİ) qorumuş və ALLAH qarşısında üzü ag olaq.O yalancı ƏHLİ BEYT aşiqlərinə subut edərək deyə bilək;Dogru ƏHLİ BEYT sevgisu bax budur!!!!!!!Cox sag olun.Allah sizi qorusun....
Cavab:
Va aleykum Salam. Allahı, Peyğəmbəri (salləllahu aleyhi və səlləm), onun ailəsini (əhli-beyti) və səhabələrini (Allah onlardan razı olsun) sevmək hər bir müsəlmana vacibdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "…Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Birinci Allahın hidayət və nuru olan kitabı Qurandır. Allahın kitabını tutun və ondan möhkəm yapışın. Quran haqqında rəğbətləndirici sözləri söylədikdən sonra: "İkinci Əhli beytimdir. Əhli Beytim haqqında sizə Allahı xatırladıram" deyərək bunu 3 dəfə təkrarladı". (Muslim: 2408, 4425).
Əhli-beyti sevmək dedikdə dində onların bizə qoyduğu yol ilə getmək, onlara oxşamağa çalışmaq, ibadətlərdə və xeyirli əməllərdə onlara çata bilməsək də, bacardığımız qədər oxşamaq başa düşülür. Əhli beyti ilahiləşdirmək, Allahı qoyub onlara dua etmək və ya onlar vasitəsilə Allaha yaxınlaşmağa çalışmaq isə onlara sevgidə həddi aşmaqdır. "Ya Əli, mənə kömək et" deyərək dua etmək Allaha şərik qoşmaqdır. Uca Allah buyurur: "Kim Allahla yanaşı başqa bir məbuda dua edirsə - bunun üçün onun heç bir dəlili yoxdur – (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!" (əl-Mu'minun, 117).
"İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər". (əl-Bəqərə, 165). Daha ətraflı:
"İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər". (əl-Bəqərə, 165). Daha ətraflı: