Allah Ona edilən dualardan bezirmi?
Sual:
salam necesiniz? ALLAH sizdən razı olsun sulaim beledir bawqa sehifelerde oxuyuram yazilib ki salavat verende elinizi uzunuze cekmeyin sizce bu doğrudurmu?birde ALLAHA cox dua etsem bir wey ucun ALLAH bezermi yeni duamda vaz kecermi? xahiş edirəm tez cavablandirardiniz öncədən təşəkkürlər
Cavab:
Va aleykum Salam.
1. Bəli, salavat dedikdə əli üzə sürtməyə ehtiyac yoxdur. Salavat dil ilə deyilməlidir. Daha ətraflı:
2. Uca Allah bəndələrinin ona dua etməsindən bezmir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ibadəti sevə-sevə yerinə yetirmiş, ümmətinə də belə etməyi, özlərini daşıya bilməyəcəkləri bir yüklə yükləməməyi tövsiyə edib demişdir: "...Gücünüz çatdığı qədər Allaha ibadət edin, Allaha and olsun ki, siz usanmadıqca Uca Allah əsla sizdən usanmayacaqdır. Allaha ən xoş əməllər az olsa belə, davamlı olan əməllərdir". (əl-Buxari, 3/38, 39, 43; Muslim, 177, 215, 220, 785).
Həmçinin, müsəlman Rəbbi barədə daima gözəl zəndə olmalıdır. Uca Allah buyurur: "İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər". (Fussilət, 48). Uca Allah da insanların Ona dua etməsini istəyir, çünki dua həm bəndənin Uca Allaha tabeliyinin təzahürü, həm də arzu və istəklərinin həyata keçməsi üçün bir vasitəsidir. O, buyurur: "De: "Əgər yalvarmağınız (duanız) olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi...". (əl-Furqan, 77); "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər". (Ğafir, 60). Həmçinin oxuyun: