Salavat necə deyilir?

    01.12.2015
Kimdən: 
zahir
Sual: 
salavat neca nazil olub
Cavab: 

Salam aleykum. Salavat Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründən var. Salavatın bir neçə forması var. Həmçinin, salavatın fəziləti haqda bir sıra hədislər mövcuddur. Lakin, nə vaxt nazil olması bilinmir. Salavatın qısa və kamil formaları bunlardır: 
Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd (Allahım! Muhəmmədə və onun ailəsinə xeyir-dua ver)

Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd
Kəmə salleytə alə İbrahimə və alə əli İbrahim İnnəkə həmidun məcid
Allahummə barik alə Muhəmmədin və alə əli Muhəmməd
Kəmə baraktə alə İbrahimə və alə əli İbrahim innəkə həmidun məcid

(Allahım! İbrahimə və İbrahimin ailə­sinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şüb­həsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərə­kət verdiyin kimi, Muhəmmədə və Muhəmmə­din ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən!)
Həmçinin, "Salləllahu aleyhi və səlləm" (ona Allahın salavatı və salamı olsun), "Allahummə salli və səllim alə nəbiyyinə Muhəmməd" və digər şəkillərdə də salavat deyilir.
Həmçinin, oxuyun: Peyğəmbərə salavat gətirməyin fəziləti
Teqlər: 
Paylaş: