Fatihə və İxlas surələrinin digər adları hansılardır?

    16.05.2017
Kimdən: 
ismayıl
Sual: 
SAlam!Necəsiz?Allah sizdən razı olsun. axtardıgım bütün sualların dogru cavabını yalnız sizın bu saytda tapıram.Ona görə sizə COX iSAG OLUN deyirəm.Arabir başqa saytları oxuyuram. amma hec biri bu sayt kimi ürək acan deyil.SUAL;Fatihə surəsinə Həmd surəsi;İXlas surəsinə Tovhid surəsə deyəlməsi nə dərəcədə dogrudur?YƏni bir əsas varmı?COX sag olun. Allah razı olsun!
Cavab: 
Va aleykum Salam.
1) Fatihə surəsinin adları:
1. əs-Salatu (Namaz). Peyğəmbərin (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Mən namazı Özümlə bəndəm arasında tən yarıya böldüm. Yarısı Mənim, yarısı isə qulumundur, quluma dilədiyi veriləcək". Qul: "Həmd olsun aləmlərin Rəbbi Allaha!" - dedikdə, Allah: "Qulum Mənə həmd-səna etdi, quluma dilədiyi veriləcək" - deyir...". (Muslim, 395) qüdsi hədisinə əsasən...
2. Siratul-Həmd (Həmd surəsi) Ayənin əvvəli həmd ilə başladığına görə... Uca Allah buyurur: "Həmd olsun aləmlərin Rəbbi Allaha". (əl-Fətihə, 1).
3. Fatihətul-Kitab (Kitabı Açan). Fatihə Quranın həm ön sözü, həm də xülasəsidir. "Özünü açan" və ya "Başqa bir şeyi açan" mənasına gələn adını Rəsulullahın (salləllahu aleyhi və səlləm) "Fatihətul-Kitab" (Kitabın Girişi) tərifindən alır. (əl-Buxari "Təfsir", 1).
4. Ummul-Kitab (Kitabın Anası). Alimlərin əksəriyyəti bu adı bu surə üçün icazəli görüblər.
5. Ummul-Quran (Quranın Anası). Alimlərin çoxu bu adı bu surə üçün icazəli görüblər.
6. əl-Məsani (Təkrarlanan). Namazda hər rükətdə təkrarlandığına görə... Uca Allah buyurur: "Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik". (əl-Hicr, 87).
7. əl-Qurənul-Azim (Əzəmətli Quran).
8. əş-Şifa (Şəfa). Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Fatihətul-Kitab - hər zəhərə qarşı bir şəfadir". (əd-Darimi "Fədailul-Qur'an" 12).
9. ər-Ruq'yə (mənəvi müalicə).
10. əl-Əsas (Quranın Əsası).
11. əl-Vafiyə (tam, bölünməz).
12. əl-Kafiyə (qənaətbəxş, başqasının yerinə kifayət olan). Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Ummul-Qur'ən başqasının (namazda başqa surənin) yerini tutar, fəqət başqası onun yerin tutmaz". (əd-Dəraqutni, 1/322; əl-Hakim,  1/238).
(Mənbə: İmam əl-Qurtubi: "Təfsirul-Qur'an" və "əl-Camiu li Əhkamil-Qur'an" kitabı, Fatihə surəsinin təfsiri). Həmçinin oxuyun:
2) Bu surənin ən məşhur adı "əl-İxlas"dır. Çünki əgər bəndə bu surəni oxuyub məzmununa əməl edərsə, bununla şirkdən xilas olmuş olar, lakin bu surənin bəzi dini mənbələrdə "ət-tovhid, ət-təfrid, ət-təcrid, əl-mə'rifə, əl-cəmal, əl-iman, ən-nəcatu, əl-vəlayətu, ən-nisbətu, əl-maniətu, əl-munfiratu, əl-bəraətu, ən-nuur, əl-məhdar, əl-muqaşqişətu, əl-muavvizə, əl-muzəkkira, əs-saməd, əl-əman" kimi adları da qeyd olunmuşdur. Ancaq sünnədə gələn adı "Qul huvallahu Əhəd"dir, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qul huvallahu Əhəd (yəni, İxlas surəsi) Quranın üçdə birinə bərabərdır". (əl-Buxari, "Fədailul-Qur'an, 13).
Həmçinin oxuyun: Quranın üçdə birinə bərabər olan surə (əl-İxlas surəsi)
Teqlər: 
Paylaş: