Quranda namazı orta səslə qılmaq əmr olunur, bəs nə üçün bəzi namazları uca səslə qılırıq?

    07.05.2017
Kimdən: 
ali
Sual: 
Salam. Sualım namazla bağlıdır. Mən namaz qılanda zöhr və əsri səssiz qılıram. Lakin səhv eləmirəmsə Quranda deyilir ki, namaz qılanda nə çox yüksəkdən, nə də çox aşağıdan qıl, orta səslə qıl. Burada ziddəyət varmı? Bu, nədən qaynaqlanır?
Cavab: 
Va aleykum Salam. Qurani-Kərim Allah tərəfindən nazil olmuş haqq olan kitabdır və onda heç bir ziddiyyət yoxdur. Uca Allah buyurur: "Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar". (ən-Nisə, 82). Həmçinin, rəvayət edilir ki, bir gün səhabələrdən bəziləri bir ayənin üzərində fərqli şərhlər edərkən, Peyğəmbər (salləllahu aleyhi və səlləm) gəldi və belə buyurdu: "Sizdən əvvəlki ümmətlər Allahın göndərdiyi kitabı səhv şərh etdikləri üçün həlak olmuşlar. Bu Quranın bir qisimi, digər bir qisminə zidd deyildir. Anlamadığınız yerləri bilənlərdən soruşun!" (İmam Əhməd). Sadəcə elə oxşar mənalı ayə və hədislər var ki, onları düzgün başa düşmək üçün təfsirə ehtiyac olur. Sualınızın ətraflı cavabını isə bu linklərdən oxuyun: 
Paylaş: