Elnarə adını dəyişməyə ehtiyac varmı?
Sual:
Salamu aleykum ,adim Elnaredi bezileri adimin cehennem simvolu oldugunu deyir sizcede adimi deyiwmeye ehtiyac varmi
Cavab:
Va aleykum Salam. Elnarə adı ərəb mənşəli olub "od-alov, atəş, odlu qız, elin odu, elin işığı" və s. bu kimi mənaları bildirir. Qurani-Kərimdə də bu şəkildə "ən-Nar - od, alov, cəhənnəm atəşi" işlənib. Ona görə də oxşar mənalı olduğu üçün istəsəniz adınızı mənası dinimizə zidd olmayan başqa bir adla əvəz edə bilərsiniz. Əgər sənəddə dəyişməyə imkan yoxdursa, ən azından insanlara deyə bilərsiniz ki, başqa adla çağırsınlar, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrdən (Allah onlardan razı olsun) pis məna daşıyan bir ad eşitdikdə onu yaxşısı ilə əvəz edərdi. Həmçinin oxuyun: Uşağa ad qoymaq barədə