Dul qadınla kişi öz aralarında kəbin kəsə bilərlərmi?

    21.05.2017
Kimdən: 
talib
Sual: 
Dul usaxli qadinla kisi oz aralarinda kebini nece kese bilerler?evlenmek isteyirler..ama kebin kesmek baximnan biraz cetinlikler var..onun ucunde oz aralarinda kese bilerlermi kebin??varmi bele bir sey islamda buyrulubmu?
Cavab: 

Salam aleykum. İstər dul, istərsə də bakirə qadın kəbin kəsdirəndə vəlisinin (ata, qardaş, əmi və s.) və iki ədalətli şahidin iştirakı vacibdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) "vəlisiz nikah yoxdur" deyə buyurmuşdur. (Əbu Davud "Nikah", 20; ət-Tirmizi "Nikah", 14; 4/395; İbn Məcəh "Nikah", 15; İmam Əhməd "Musnəd", 6/66). Başqa bir hədisdə isə belə demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir...". (İbn Məcəh, 1524). Daha ətraflı: Nikah bağlamağın qaydaları

Paylaş: