Boşandıqda zinət əşyaları qadında, yoxsa kişidə qalır?
Sual:
Salam.Qadina getirilen zinet esyalarini bosananda kisi goturur yoxsa qadina qalir?Yoldasim deyir kisinin haqqidi qadinin deyil
Cavab:
Va aleykum Salam. Əgər həmin zinət əşyaları mehr kimi verilibsə, boşanma zamanı kişinin onları qadından geri almağa haqqı yoxdur, çünki mehr qadının haqqıdır. Bizim el-adətimizdə adətən zinət əşyaları evlənərkən qadına mehr qismində verilir. Uca Allah buyurur: "Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, heç bir şey geri almayın! Məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız?" (ən-Nisa, 20). Daha ətraflı: Evlənkən qadına mehr vermək vacibdirmi?