Pirdən torpaq gətirib su ilə içmək olarmı?

    09.06.2017
Kimdən: 
asya
Sual: 
Salam menim sualim odurki pirlere gedende eve tutya adiyla getrdiyimiz torpaq su edib iciriy duzgundurmu umumiyyetle torpaq getrmey duzgundurmu eve evvelceden tessekur
Cavab: 

Və aleykum Salam. Pirlərdə Allahdan başqasına dua edildiyi, qurban kəsildiyi və s. şirk əməllər edildiyi üçün ora getmək haramdır. Pirlər müqəddəs deyil, oranın torpağında da heç bir bərəkət yoxdur. Torpağı suya qatıb içmək özünə zülm etməkdir və bədənə ziyandır. Uca Allah həm Ondan başqasından bərəkət istəməyi, həm də özünə zülm etməyi qadağan etmişdir: "Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir". (əl-Bəqərə, 195). Daha ətraflı: Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

Paylaş: